Modern.az

Türkiyədə polis şöbəsi PARTLADILDI: 11 ölü, 78 yaralı - YENİLƏNİB

Türkiyədə polis şöbəsi PARTLADILDI: 11 ölü, 78 yaralı - YENİLƏNİB

26 Avqust 2016, 13:29

Türkiyədə növbəti terror aktı törədilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şırnak vilayətinin Cizrə şəhərində yerli polis şöbəsinin qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində azı 8 polis əməkdaşı həlak olub, 45 nəfər isə yaralanıb.

 

Əraziyə çox sayda təcili yardım maşını və helikopter cəlb olunub.

 

Hadisənin PKK terror qruplaşmasının üzvləri tərəfidən törədildiyi ehtimal olunur.


***

 
Son məlumata görə, hadisə nəticəsində ölü sayı 11-ə, yaralı sayı isə 78-ə çatıb. Yaralılardan 75-nin polis olduğu bildirilir.


Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı