Modern.az

Merkelin Çexiya səfərində insident yaşanıb

Merkelin Çexiya səfərində insident yaşanıb

Dünya

26 Avqust 2016, 11:11

Çexiyanın paytaxtı Praqaya səfər edən Almanya kansleri Angela Merkelin maşın karvanına daxil olmağa çalışan şübhəli maşının sürücüsü saxlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Praqada hava limanından şəhər mərkəzinə Merkel və nümayəndə heyətini aparan maşın karvanına maşın  daxil olmaq istəyib.

 

Sürücü Merkeli qoruyan polislərin xəbərdarlığına əhəmiyyət verməyib. Daha sonra isə mühafizə polislərinin ona silahlarını doğrultduğunu görəndə  maşını dayandırıb.

 

 Dərhal sürücü polislər tərəfindən nəzarətə alınıb. Onun maşında aparılan axtarış nəticəsində dəyənək, göz yaşardıcı qaz, beton blok və qandal tapılıb.

 

  Sürücü nəzarətə alınarkən, maşında aparılan axtarışda dəyənək, göz yaşı axıdıcı qaz, beton blok və qandal olub.

 

 Hazırda hadisənin araşdırıldığı və istintaqın davam etdiyi bildirilir.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür