Modern.az

Çox ailənin faciəsi oldunuz, ağ xalatlılar!

Çox ailənin faciəsi oldunuz, ağ xalatlılar!

26 Avqust 2016, 11:31

Bir vaxtlar ağ xalat geyinib dərdinə dərman axtaranlara yardım etmək mənim də arzum idi. Hələ uşaqlıqdan anamın qonum-qonşunun, qohum - əqrəbanın harayına yetdiyini görəndə həkim olmaq arzum daha da güclənirdi. Amma bu, təkcə mənim arzum deyildi. Atam da mənim həkim olmağımı istəyirdi.

Beləcə, hər gün anamın ağ xalatını geyinib, qonşu uşaqlarla həkim-xəstə oyunu oynayırdıq.

Amma zaman keçdi, həkim olmaq sevdasından vaz keçdim. Sonradan neçə-neçə ailənin faciəsinə səbəb olan həkimləri görəndə isə bir daha fərqinə vardım ki, gərək insan arzularının ardınca getsin.

“Filankəsin uşağı və ya filankəs Tibb Universitetində oxuyur” sözünə görə yox, gerçəkdən həkim olmaq, insanlara kömək etmək üçün ağ xalat geyinsinlər.

Bu gün həkim səhlənkarlığından nə qədər insanı torpağa tapşırırıq. İlk dəfə tələbə adı qazanmış 17 yaşlı qızın ali məktəb auditoriyasına daxil olmasını siz əngəllədiniz, ağ xalatlılar!
Körpələri ana nəvazişindən siz məhrum etdiniz, ağ xalatlılar! Sağ ayaq əvəzinə sol ayağı kəsib ahıl qadının son mənzilə yolunu siz yaxınlaşdırdınız, ağ xalatlılar!

Çox ailənin faciəsi oldunuz. Cəzanızsa cəzasızlıq oldu! Deyirdilər pasiyentlərin hüquqları haqda qanun qəbul olunacaq. O qanun xəstə həyatına son qoyan həkimləri guya cəzalandıracaq. Amma hələ ki evlərdə o həkimlərin gözüyaşlı qoyduqları insanlar cəza çəkir. Məsuliyyətsiz, səhlənkar və bisavad həkimlərin cəzasını o günahsızlar çəkir.



Afət Telmanqızı,
ANS

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir