Modern.az

Məhkəmədə 4 nəfər intihara cəhd etdi

Məhkəmədə 4 nəfər intihara cəhd etdi

26 Avqust 2016, 12:41

Moskvanın cənubundakı Naqatainski rayon məhkəməsində insident baş verib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, saxlanılan 4 nəfər məhkəmə prosesi zamanı nümayişkarənə şəkildə özlərini öldürməyə cəhd edib.

İlkin məlumata görə, məhkəmə çəkişməsinin fiqurları olan həmin şəxslər öz qollarını doğramağa macal tapsalar da, xəsarətləri ciddi olmayıb. Həkimlər dərhal onlara ilkin yardım göstərib.

Onların nə üstündə tutulduqları və şəxsiyyətləri hələ ki açıqlanmır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür