Modern.az

Böyük şirkətin vitse-prezidenti intihar etdi

Böyük şirkətin vitse-prezidenti intihar etdi

26 Avqust 2016, 13:57

Cənubi Koreyanın nəhəng konqlomeratı “Lotte Group”un vitse-prezidenti Li İn-Vonun bu gün səhər saatlarında meyiti tapılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun meyitini Seulun 50 kilometr şərqindəki kənd yerində yoldan keçənlər görüblər.

Polisdən bildirildiyinə görə, o, özünü qalstuku ilə asıb. 69 yaşlı Li İn-Von şirkətə qarşı başladılan korrupsiya araşdırması üzrə bu gün izahat verməyə getməli idi.

İyul ayında “Lotte”nn yaradıcısı 73 yaşlı Sin Yun-Yanın böyük qızı şirkətin vəsaitini israfçılıqda və fırıldaqçılıqda şübhəli bilinərək saxlanılıb.

Li İn-Von Sin ailəsinə daxil olmasa da, şirətin ən nüfuzlu rəhbərlərindən biridir. O, “Lotte”də 1973-cü ildən işləməyə başlayıb.

“Lotte Group” üçün son illər kifayət qədər ağır keçib. Şirkətin yaradıcısı və onun böyük qardaşı konsernin direktorlar şurasındakı yerlərini kiçik oğlu Sin Donbina ilə münaqişəyə görə itiriblər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu