Modern.az

“Alfa Sığorta” nın lisenziyası ləğv edildi

“Alfa Sığorta” nın lisenziyası ləğv edildi

26 Avqust 2016, 15:01

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarına əsasən “Alfa Sığorta” ASC-nin sığorta fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilib.

 

Bu barədə Palatanın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, lisenziyanın ləğv olunmasına səbəb, son dövrlər “Alfa Sığorta” ASC-nin maliyyə vəziyyətinin kəskin pisləşməsi, aktiv və kapitalının itirilməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması və öhdəliklərini icra etməməsi olub.

 

Artıq bir müddətdir ki, “Alfa Sığorta”-dakı mövcud problemlərlə əlaqədar olaraq xüsusi nəzarət rejimi tətbiq edilirdi. Buna səbəb sığortaçının təsisçisi olan “Texnikabank”ın müflisləşməsi və bununla əlaqədar olaraq “Alfa Sığorta” ASC-nin maliyyə durumunun kritik vəziyyətə düşməsidir.

 

Həmçinin, sığorta şirkətinin idarəetmə orqanlarının qeyri-prudent fəaliyyəti və qeyri-sağlam sığorta təcrübəsi “Alfa Sığorta”-nın maliyyə durumunun daha da pisləşməsi ilə nəticələnib.

 

Sığortaçının öhdəliklərini artırması və sistemə əlavə risklər ötürməsinin qarşısının alınması məqsədilə cari ilin aprel ayından onun İcbari Sığorta Bürosunda üzvlüyü dayandırılıb və bütövlükdə, aktiv satışlarının qarşısı alınıb.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir