Modern.az

Rusiya Suriya ilə bağlı Türkiyəyə tələb irəli sürdü

Rusiya Suriya ilə bağlı Türkiyəyə tələb irəli sürdü

Aktual

26 Avqust 2016, 15:17

Rusiya Müdafiə Nazirliyi Türkiyədən, Suriyanın hava məkanında uçuş planları haqqında əlavə məlumat verməsini istəyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bunun səbəbi uzun zamandan bəri ilk dəfədir Suriyada türk təyyarələrinin havada Rus təyyarələri ilə qarşılaşa biləcəyi olmasıdır. Rusiya  havada baş verəcək yeni hadisələrə mane olmağa görə Türkiyədən uçuş planın istəyir.

 

Türk F16 təyyarələri Cerablus əməliyyatı çərçivəsində Rusiyanın Lazkiyə yaxınlığındakı Hmeymim Bazasına S-400 hava müdafiə sistemləri yerləşdirməsindən bu yana ilk dəfədir ki, Suriyanın hava sahəsinə daxil olur.

 

Qeyd edək ki, Rusiya S-400 raketlərini, Türkiyənin Suriya hava məkanında bir rus təyyarəsini vurmasından sonra Hmeymime yerləşdirib.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?