Modern.az

Çevrilişin qarşısını alan şəhidə heykəl qoyulub - FOTO

Çevrilişin qarşısını alan şəhidə heykəl qoyulub - FOTO

26 Avqust 2016, 16:51

İyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı Fətullahçı Terror Təşkilatı (FETO) üzvlərinin açdığı atəş nəticəsində şəhid olan gizir Ömər Halisdemirin heykəli ucaldılıb.

 

Modern.az xarici  KİV-ə istinadən xəbər verir ki, heykəl Mersinin müxalif Milliyyətçi Hərəkat Partiyasından(MHP) olan Toroslar rayon bələdiyyəsinin sədri Hamit Tunanın şəhid Ömər Halisdemirin adını əbədiləşdirmək üçün verdiyi təlimat əsasında hazırlanıb. Heykəl Mersinin Şəhidlər parkında ucaldılacaq.

 

Abidənin açılışı avqustun 30-da olacaq.

 

Qeyd edək ki,  heykəl 1 heykəltəraş və 2 köməkçisi tərəfindən13 günə tamamlanıb. Abidənin ümumi hündürlüyü 4.6 metrdir.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir