Modern.az

Rüstəm Əbülfətoğlu: “Daha heç vaxt jurnalistikaya qayıtmayacağam”

Rüstəm Əbülfətoğlu: “Daha heç vaxt jurnalistikaya qayıtmayacağam”

Media

29 Oktyabr 2009, 19:40

Modern.az saytı əvvəllər jurnalistika sahəsində çalışan və öz bacarığı ilə böyük oxucu, tamaşaçı auditoriyasının rəğbətini qazanan keçmiş media nümayəndələrinin hazırda hansı işlə məşğul olmasını araşdırmaqda davam edir.

Bu dəfə ötən ilin sonlarınadək ANS telekanalında çalışan tanınmış telejurnalist Rüstəm Əbülfətoğlunu axtardıq və tapdıq.

Xatırladaq ki, R.Əbülfətoğlu telejurnalistika ilə təkcə ANS-də deyil, ATV və “Space” kanallarında da məşğul olub. Həm də o, hər üç telekanalda baş redaktor vəzifəsində çalışıb. Elə 2008-ci il noyabrın 23-də ANS-in yayımı dayandırılarkən də Rüstəm Əbülfətoğlu bu kanalın baş redaktoru idi. Məhz həmin hadisədən sonra o, telejurnalistikanı tərk etdi. Araşdırmamız zamanı məlum oldu ki, R.Əbülfətoğlu hazırda özəl bizneslə məşğuldur. Saytımıza açıqlamasında keçmiş telejurnalist bildirdi ki, o, indi özünün təsis etdiyi "R&R" adlı şirkəti idarə edir.

Keçmiş həmkarımızın sözlərinə görə, o, media sahəsindən birdəfəlik gedib və hər hansı təklif olsa belə, geri qayıtmaq barədə heç fikirləşmir. R.Əbülfətoğlu bildirdi ki, hazırda fəaliyyət göstərdiyi sahədə özünü mətbuatda olduğu vaxtlardan daha yaxşı hiss edir.

Mətbuatdan uzaqlaşsa da, o, keçmiş həmkarları arasında olan dostları ilə aradabir əlaqə saxlamağı da unutmur.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir