Modern.az

Qaçanda düzgün nəfəsalma necə olmalıdır - Həkim MƏSLƏHƏTİ

Qaçanda düzgün nəfəsalma necə olmalıdır - Həkim MƏSLƏHƏTİ

27 Avqust 2016, 10:22

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır. Türkiyə Cerrahi Derneği, Türkiyə Endokrin-Metobolizma Derneğı, Türkiyə Endokrin Cerrahi Derneğı-nin üzvüdür.


Qaçanda düzgün nəfəsalma


Qaçış zamanı düzgün nəfəs ürək-damar sisteminə ağırlığı azaldır, insanın bütün həyati orqanlarına oksigenin daxil olunmasını artırır və eyni zamanda təlim prosesinin effektivliyini artırır.
Düzgün nəfəs - şərti anlayışdır, çünki tənəffüs prosesi hər bir insan üçün fərqlidir. Yalnız onu demək lazımdır ki, bizim zəmanəmizdə universal tənəffüs texnikaları mövcuddur. Həmin texnikaların istifadəsi, bu və ya digər məşqələlər edən zaman tamamilə müxtəlif ola bilər.

Qaçışdan qabaq edilən hərəkətlər zamanı (“razminka”) nəfəsalma

Məşğələ yalnız o halda effektiv ola bilər ki, siz qabaqcadan kiçik bir “razminka” edərsiz. “Razminka”nın məqsədi - bədənin bütün əzələ qruplarının daha da ciddi ağırlıqlara hazırlaşdırılmasıdır, xoşagəlməyən travmaların, əzələlərin zədələnməsi və oynaqların burulmasının qarşısını almaqdır. 
Adətən, belə bir “razminka” sallağı oturmadan, bədənin irəli verilməsindən, sağa, sola və qabağa əyilməsindən, əl və ayaqlar ilə dairəvi hərəkətlərdən ibarətdir. Bu məşqələləri edən zaman nəfəsalmanın düzgün ritmini seçmək lazımdır. Nəfəs çıxarmanı elə bir anda etməlisiniz, haçan ki, bədənin vəziyyəti döş qəfəsinin sıxılmasına imkan yaradır. Nəfəsalmanı isə - tam tərsinə, döş qəfəsinin genişlənməsi anında.
Praktik olaraq, bütün məşqələlər zamanı nəfəsalma elə anda olmalıdır, haçan ki, sizin bədən bir az irəliyə əyilir. Nəfəs çıxarma isə, adətən, hər bir məşğələnin sonunda olmalıdır. Misal üçün, sallağı oturma hərəkətini edəndə, siz dayanan vəziyyətdə havanı ağciyərlərlə alırsız və oturan vəziyyətdə nəfəsi buraxırsınız. Bədən əyilən və irəli verilən zamanlarında, nəfəsin çıxarılması məşğələnin sonunda olmalıdır. Belə anda döş qəfəsi və qarın boşluğu sıxılır və havanı bütünlüklə çıxartmağa kömək edir.
Belə məşqələləri edərkən ən əsas odur ki, ən yüksək gərginlik anında nəfəsi dayandırmamaqdır. Nəfəsin dayandırılması oksigenin qısamüddətli çatışmamasına gətirib çıxara bilər və nəticədə insan huşunu itirə bilər. Həmçinin kəskin surətdə gan təzyiqi arta bilər.

Qaçış zamanı nəfəsalma

İnsan orqanizmin oksigendə olan ehtiyacı orta sürət ilə qaçış zamanı kəskin surətdə (10 dəfə) artır. Ona görə də nəfəsalma prosesinə lazımınca diqqət yetirmək lazımdır, yəni nəfəsalmanın ritmi edilən hərəkətlər ilə uyğunlaşmalıdır. Qeyri-ritmik, fasilələr ilə olan, yaxud olduqça tez-tez nəfəsalma hərəkəti bədəninizin normal idarə edilməsinə mane olur və oksigenin çatışmamasına gətirib çıxarır. Sakit tempdə qaçarkən nəfəsin ən optimal variantı - nəfəsalma və nəfəs çıxarmanın arası hər bir 3-4 addımdan sonra olan bir vaxtdır. Belə ritm sizdə alınmırsa, onda addımların sayını azaldın. Siz nəfəsinizi daia nəzarət edə bilsəniz, çox güman ki, sizə lazım olan qaçış ritmini tapa bilərsiniz.
Sürətli qaçış zamanı insan orqanizmin oksigendə olan ehtiyacı elə artır ki, nəfəsalma prosesini heç bir üsulla nəzarət etmək mümkün olmur. Belə məşqələlər üçün heç bir nəfəs texnikası mövcud deyil, çünki insanın ciyərləri ən mükəmməl nəfəsalma olduqda da, bədənə lazımi olan oksigenin beşdə bir hissəsini də ödəyə bilməz. Məhz ona görə də, bizim nəfəsimiz sürətli qaçışlardan sonra kəskin sürətdə artır. Ona görə də, qaçış zamanı sakit və rahat nəfəs almaq lazımdır, daha çox aksenti nəfəs çıxarma hərəkətinə yönəltmək şərti ilə.
Daha düzgün nəfəsalma - ciyərlərin nəfəs ilə dolmasının ümumi həcminin 20-25% faizini təşkil edən bir variant sayılır. 

Burun ilə nəfəs alın (son dərəcə mübahisəli və köhnəlmiş bir fikirdir)

Hər hansı bir fiziki məşğələlər edən zamanı, burun ilə nəfəs almaq lazımdır, xüsusən məşğələlər təmiz hava şəraitində keçirilən zaman. Belə olduqda hava mikroorqanizmlərdən, tozdan və zərərli maddələrdən təmizlənir və qızır. Siz ağız ilə nəfəs alan zaman isə toz və mikroorqanizmlər sizin bronxlarınızda və nəfəs yollarında yatır.
Nəfəs yolları həddindən artıq soyuyur və kirlənir, nəticə olaraq müxtəlif yoluxucu və soyuqdəymə xəstəliklərinə səbəb olur.
Nəfəsalma texnikalarından başqa, nəfəsalmanın effektiv idarə edilməsi üçün çoxlu sayda müxtəlif məşğələlər mövcuddur. Nəfəsalma - vacib olan bir komponentdir, hansına ki, məşğələlər zamanı hökmən diqqət yetirmək lazımdır.

Düzgün nəfəsalma

Uzun bir müddət elə bir fikir var idi ki, qaçış zamanı yalnız burun ilə nəfəs almaq lazımdır. Əlacsız qaldıqda - nəfəsalma burun ilə, nəfəs çıxarma isə ağız ilə olmalı idi. Yalnız belə bir postulat professional qaçış ilə məşqul olan idmançıların fikri ilə uyğun gəlmir.
Qaçış orqanizmin oksigenə olan tələbatını artırır. Burun yolları ensiz olduğuna görə, oksigenin sərbəst qaydada daxil olması çətinləşir. Nəticədə burun ilə nəfəs almağa cəhd edən zaman, biz ancaq oksigenin defisitini gücləndiririk. Belə üsulla nəfəsalma orqanizmin oksigendə olan tələbatını ödəmir.
İdeal bir variant qarışıq nəfəsdir. Eyni zamanda həm burun, həm də ağız ilə nəfəsalma daxil olun oksigenin həcmini artırmağa imkan yaradır, habelə onun ciyərlərə çatdırılma sürətini də artırır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi