Modern.az

“Ermənistanda Qarabağın Azərbaycana qaytarılmasını qəbul edən siyasi qüvvə yoxdur”

“Ermənistanda Qarabağın Azərbaycana qaytarılmasını qəbul edən siyasi qüvvə yoxdur”

Qarabağ

27 Avqust 2016, 10:54

Aprel ayında Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulması bəzi məqamları ortaya çıxardı. Aprel döyüşlərindən sonra Azərbaycan cəmiyyətində bütünləşmə, Ermənistan cəmiyyətində isə bunun əksinə, parçalanma müşahidə olundu.
Məsələ ilə bağlı Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Modern.az saytına fikirlərini bildirib.

Qafar Çaxmaqlı bildirib ki, aprel döyüşlərindən sonra  Ermənistan və onların havadarları anladılar ki, işğal etdikləri torpaqları uzun müddət əllərində saxlamaq və onu Ermənistana birləşdirmək asan olmayacaq:

“Və bir-birlərini ittiham etməyə başladılar. Bəziləri Rusiyanı satqınlıqda suçladı, bəzi qüvvələr isə hakimiyyəti, konkret halda Sarkisyanı Rusiyanın əli ilə Azərbaycana güzəştə gedəcək  ittihamı ilə küçələrə axışdı. Jirayr Sefilyan və onun tərəfdarlarının işğal olunmuş Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmayacağı fikri əslində həm də Ermənistan rəhbərliyinin fikri idi və son mitinqlərdən ermənilər növbəti dəfə öz milli maraqları naminə yararlandılar.

Sarkisyan dünyaya bəyan etdi ki, baxın biz işğal olunmuş Azərbaycan torpaqlarını geri vermək istəyirik, amma bu torpaqlar uğrunda qan tökənlər var və onlar buna icazə vermirlər. Bəziləri bu hala Ermənistan cəmiyyətinin parçalanması deyir, amma mən əksinə, aprel döyüşlərindən sonra buna bir toparlanma cəhdi kimi baxıram. Ermənistanda Dağlıq Qarabağın hər hansı şəkildə Azərbaycanın nəzarətinə verilməsini qəbul edən siyasi qüvvə hələlik yoxdur. Buna erməni toplumu hazır deyil. Bizə gəlincə, aprel döyüşləri göstərdi ki, Qarabağ yüz il də erməni işğalı altında qalsa, ondan Azərbaycan vaz keçməyəcək. Xalq da, onun dövləti də torpaqlarımızı geri qaytarmaqda qərarlıdır. 4 günlük savaşda elə də ciddi üstünlüyümüz olmasa da, bu dərsi hamı anladı”.


Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir