Modern.az

Moskvada dəhşətli YANĞIN - ölü sayı 17-yə çatdı - YENİLƏNİB

Moskvada dəhşətli YANĞIN - ölü sayı 17-yə çatdı - YENİLƏNİB

27 Avqust 2016, 12:47

Moskva şəhərinin şimal-şərqində yerləşən bir anbarda baş verən güclü yanğın kütləvi ölümə səbəb olub.

Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, son məlumata görə, hadisə nəticəsində 16 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ölənlərin MDB respublikalarının vətəndaşları olduğu bildirilir.

Tipoqrafiya mallarının saxlanıldığı anbarda baş verən yanğının qarşısı alınıb. Hadisə zamanı 12 nəfər xilas edilib. Faktla əlaqədar araşdırma aparılır...


***

Moskvanın şimal-şərqində Altufev şosesində anbarda baş verən yanğın nəticəsində ölənlərin sayı 17-ə çatıb. Belə ki, yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

RİO Novosti agentliyinin verdiyi xəbərə görə, həlak olanların hamısının MDB ölkələrinin vətəndaşlarıdır.

Qeyd edək ki, yanğın “Peçatnıy ekspress” QSC-yə məxsus mətbəədə baş verib. Hüquq mühafizə orqanları yanğının səbəbini araşdırırlar. Faktla bağlı cinayət işi açılıb.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi