Modern.az

Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb

Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb

27 Avqust 2016, 23:36

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Qroznıda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazədəni qəbul edib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, bu barədə R.Kadırov  öz "İnstagram" səhifəsində yazıb.

 

"O mənə böyük qardaşım, Azərbaycan prezidenti İlham Əliyevin isti salamlarını çatdırdı. Paşazadə uzun illər dost olduğu Çeçenistan Respublikasının ilk prezidenti, Rusiyanın Milli Qəhrəmanı Əhməd Hacı Kadırov ilə çoxsaylı görüşləri barədə söz açdı. Mən ona gəlişinə görə təşəkkürümü bildirdim, İlham Əliyevi Çeçenistanda gözlədiyimizi ona çatdırmasını xahiş etdim", – deyə R.Kadırov əlavə edib.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!