Modern.az

Bərdədə yol qəzasında piyada ölüb

Bərdədə yol qəzasında piyada ölüb

28 Avqust 2016, 00:55

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Yevlax-Bərdə yolunda, Bərdənin Gərənə kəndi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı kişini "Moskviç" markalı minik avtomobili vurub. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən kişinin şəxsiyyəti, hələ ki, məlum deyil.

Faktla bağlı yol polisi araşdırma aparır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?