Modern.az

Azad Suriya Ordusu daha 8 kəndi azad etdi

Azad Suriya Ordusu daha 8 kəndi azad etdi

28 Avqust 2016, 22:01

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu sərhəddəki Cerablus bölgəsində terror təşkilatı PKK-nın Suriya qolu RYD-nin nəzarətindəki daha 8 kəndi azad edib. Modern.az saytı xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, ordu komandirlərinin və yerli mənbələrin verdiyi məlumata görə, müxalif qüvvələr rayon mərkəzinin cənubunda və Fərat çayının qərbində qalan bölgədəki terror ünsürlərinə qarşı sürətlə irəliləyirlər.

 

Əməliyyatlarda Azad Suriya Ordusu qüvvələri 7 terrorçunu sağ ələ keçiriblər. Mövqelərini saxlaya bilməyən terrorçular arxada çoxlu sayda hərbi sursat buraxaraq qaçıblar.

Qeyd edək ki, Azad Suriya Ordusu bundan əvvəl Suriyanın Türkiyə sərhədindəki Cerablusun cənubunda yerləşən Bir Əl-Kusa kəndini terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin əlindən xilas etmişdi.

 

Azad Suriya Ordusunun növbəti hədəfi Münbic şəhəridir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi