Modern.az

"Fərat Qalxanı" əməliyyatı davam edəcək

"Fərat Qalxanı" əməliyyatı davam edəcək

28 Avqust 2016, 22:16

"Fərat Qalxanı" əməliyyatı "Demokratik ittifaqı" (PYD) ləğv olunana qədər davam edəcək”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, "İslam dövləti" terror təşkilatı ilə Carablusda, Başikdə mübarizə aparacaq, əgər lazım olarsa, başqa yerlərdə də.

 

Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir