Modern.az

Netanyahu ilə Abbas Moskvada görüşəcək

Netanyahu ilə Abbas Moskvada görüşəcək

Dünya

28 Avqust 2016, 23:55

Bu ilin oktyabrında Moskvada İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbas arasında görüş keçirilə bilər. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Ynetnews” saytı xəbər verib.

 

Məlumata əsasən, hazırda görüşlə bağlı hazırlıq işləri aparılır. Danışıqlarda vasitəçi qismində Rusiya prezidenti Vladimir Putinin çıxış edəcəyi gözlənilir.

 

Bundan əvvəl Misir prezidenti Abdel Fəttah əs-Sisi bəyan etmişdi ki, V.Putin Benyamin Netanyahu ilə Mahmud Abbas arasında birbaşa danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı