Modern.az

9 bank üzrə 222 milyon kompensasiya ödənildi

9 bank üzrə 222 milyon kompensasiya ödənildi

İqtisadiyyat

29 Avqust 2016, 09:54

 

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 26 avqustda “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 milyon 854 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 milyon 980 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  11 milyon 483 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 477 min manatdan artıq kompensasiya ödənilib.

 

Fonddan Modern.az-a verilən məlumata görə 4 bank üzrə ümumilikdə 71 milyon 794 min manatdan artıq kompensasiya ödənilib.

 

Avqustun 26-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 4 milyon 894 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 932 min manatdan artıq kompensasiya ödənilib.

 

2 bank üzrə kompensasiya məbləği ümumilikdə 5 milyon 826 min manatdan artıq təşkil edib.

 

26 avqustda “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 534 min manatdan artıq kompensasiya ödənilib.

 

3 bank üzrə kompensasiya ümumilikdə 144 milyon 481 min manatdan artıq təşkil edib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 222 milyon 101 min manatdan artıq kompensasiya  ödənilib.

 

Gülşən RAUFQIZI

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!