Modern.az

Azərbaycanda sudan zəhərlənmə riski nə qədərdir?

Azərbaycanda sudan zəhərlənmə riski nə qədərdir?

Hadisə

29 Avqust 2016, 10:14

“Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov Azərbaycanda baş verən sudan zəhərlənmə hallarına münasibət bildirib. D.Məmmədov Modern.az-a açıqlamasında baş verən zəhərlənmələrin gözlənilən olduğunu deyib:

 

“Bu barədə dəfələrlə mətbuatda yazılır. Deyilir ki, içməli suları günəş şüalarının altında saxlamaq olmaz. Təəssüf ki, mətbuatı heç kim eşitmir, dövlət orqanları da bunu nəzərə almır. İnsanlar  plastmas qablarda , günlərlə günəşin altında qalan suları içdikdən sonra əlbəttə zəhərlənmələr baş verə bilər. Bu gün mağazalar, super marketlər, kafelərin həyətində açıq hava altında saxlanılan içməli sular insan sağlamlığı üçün təhlükə mənbəyidir.

 

Halbuki suların üzərində 20 dərəcədən artıq istidə saxlanılmasının qadağan olduğu göstərilir.

 

Bütün bunlara riayət olunmur. Bu isə ölkədə istehlakçı hüquqlarına nəzarətin çox zəif olduğunu göstərir.

 

Su da ərzaq məhsullarından biridir. Biz onu plastmas qablarda alırıq. Bildiyiniz kimi bu qabların tərkibi kimyəvi maddələrdən ibarətdir. Suyun tərkibilə qabın təkibindəki maddələrin rekasiyası getdikdən sonra zəhərlənmələr baş verir. Bunun qarşısını almaq üçün həmin sahibkarları ticarət qaydalarına riayət etmədiklərinə görə cəzalandırmaq lazımdır ki, içməli, suları, təbii şirələri, limonadları günəş şüaları altında saxlamasınlar. Bu kimi halların qarşısı alınarsa zəhərlənmə də baş verməz.

 

5, 10, 20 litrlik suların hamısı küçədə, mağazaların qarşısına yığılıb. 30-40 dərəcə temperaturda qalan suyu içən insanda təbii ki, zəhərlənmə baş verməsi normaldır.

 

Əsas “Badamlı”, “Sirab”, “Slavyanka”, “Damla”, “Aquavita”, “Bonaqua” kimi şirkətlərin sularını çıxmaq şərtilə evlərə sifarişlə gətirilən bütün sular zirzəmilərdə bağlanan sulardır. Həmin sular dükanlarda satılmır və üzərindəki etiketlər dəyişdirilərək evlərə verilir”.

 

Birlik rəsmisi evlərə verilən suyun insan sağlamlığı üçün təhlükəli olma ehtimalından da danışıb:

“Bu yaxınlarda mən “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov ilə birlikdə Ceyranbatan Su Anbarında monitorinq keçirdik.

Ordakı suların süzülməsi, əhaliyə verilməsinə nəzarət etdik. Hətta yerindən çıxan sudan da içdik. Bu gün Ceyranbatan Su Anbarında suyun tam təmiz şəkildə əhaliyə verilməsi üçün müasir avadanlıqlar qurulub. Amma nəzərə almaq lazımdır ki, Bakı şəhərinə verilən sular birbaşa deyil, anbarlar vasitəsilə əhaliyə çatdırılır.

 

Həmin anbarlar və borulardakı vəziyyətlə bağlı monitorinq keçirmədiyimizdən bu barədə əminliklə fikir bildirə bilmirəm.

 

Əgər anbarlarda, paylayıcı stansiyalarda hər hansı neqativ hal olsa, suyun tərkibi tam yoxlanılmasa zəhərlənmə kütləvi ola bilər”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür