Modern.az

Qripdən necə qorunmaq olar - Həkim MƏSLƏHƏTİ

Qripdən necə qorunmaq olar - Həkim MƏSLƏHƏTİ

29 Avqust 2016, 12:22

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır.


Qripdən qorunmaq…


Qripdən necə qorunmaq olar? Bunu öyrənmək üçün, ilk növbədə bilmək lazımdır ki, qrip nə deməkdir, insan qriplə haçan xəstələnə bilər və qripin səbəbi nədir. Qrip - nəfəs yollarının kəskin infeksiya xəstəliyidir, xəstəlik çox yoluxucudur. Bu xəstəliyi "A", yaxud "B" qripinin virusu törədir, həmçinin qrip özünü epidemiya zamanı göstərə bilər.

• qrip infeksiyasının ən çox yayılan vaxtı - noyabr ayından mart ayına kimidir;
• insandan insana qrip nəfəs yolları vasitəsilə, öskürək zamanı tüpürcəklə, asqıran və danışıq zamanı keçir. Xəstə qrip xəstəliyinin aşkar olunmasından 1-2 gün qabaq və 4-5 gün xəstəlikdən sonra yoluxucu ola bilər. 

Qripdən qorunmaq üçün nə etmək lazımdır:

1). Tünlük yerlərdən və xəstələrdən uzaq olmaq;
2). Əlləri tez-tez yumaq;
3). Xəstəni ayrı bir işıqlı və isti otağa yerləşdirmək, otağın temperaturu müsbət 24 dərəcədən 26 dərəcəyə kimi olmalıdır; 
4). Asqıran və öskürən zamanı adi, yaxud gigiyena yaylıqlarından istifadə etmək;
5). Xəstə olan otağının havasını tez-tez dəyişmək, bunu edərkən otağın temperaturunu 18-20 dərəcə səviyyəsində saxlamaq;
6). Xəstələnən uşaqları uşaq bağçasına və məktəbə yollamamaq, həkim çağırıb, yalnız evdə saxlamaq;
7).Effektiv üsullardan biri uşaqların və yaşlı insanların vaksinasiya vasitəsilə immunizasiyasıdır.

Qripdən yaxşı müdafiə olmaq üçün vaksin üçün 14 gün lazımdır. İnsanın vaksinə qarşı allergiyası varsa, vaksini istifadə etmək məsləhət deyil. Ümümdünya Səhiyyə Təşkilatı hər il 83 ölkədən yığılan məlumata əsasən vaksinlər tədqiq edir.

Qripə qarşı immunizasiya hər il təkrar olunmalıdır, bunu edərkən yeni vaksinlər istifadə olunmalıdır:

8). Xəstənin ağzına, gözlərinə və burnuna toxunmayın; 
• Çox insanlar qripi soyuqdəymə ilə səhv salır və nəzərə almır ki, qrip ciddi problemlərə qətirib çıxara bilər; 
• Qrip soyuqdəymədən belə bir əsas simptomlar ilə fərqlənir: titrətmə, öskürək, qüclü baş ağrısı (sefaleya), yorğunluk və zəyiflik.
• Aşpazlar deyir ki, toyuq şorbası qrip ilə mübarizə aparan zamanı kömək edir, yəni iltihab prosesini iki dəfə azaldır, öskürəyi və asqırmanı azaldır. Demək lazımdır ki, aşpazların belə bir məsləhətini həkimlər də təsdiq edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi