Modern.az

Bakı Olimpiya Stadionunda toy olacaq

Bakı Olimpiya Stadionunda toy olacaq

29 Avqust 2016, 13:26

“Hazırda Bakı Olimpiya Stadionuna cütlüklər daha çox evlilik təklifləri üçün müraciət edir”.

Bu haqda Modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib.

Onun sözlərinə görə, toy etmək üçün müraciət edənlər çox olsa da, indiyədək reallaşan mərasim olmayıb:

“Hazırda toy müraciətləri var. Yaxın vaxtlarda stadionda toy baş tutacaq. Amma sifarişçi məlumatın mətbuata çıxmasını istəmir deyə, tarixi və onun kimliyini açıqlaya bilmərik. Həmçinin xaricdən də təkliflər alırıq”.

 
C.Mehdiyeva stadionda azərbaycanlı yüksək çinli məmurun oğlunun toy mərasiminin baş tutmasına dair iddiaların yalan olduğunu deyib.

Toy keçirilməsi üçün sifariş qiymətlərinə gəlincə, qurum rəsmisi bunun fərdi olaraq hesablandığını bildirib:

“Biz yalnız yer veririk. Hansısa mərasimin keçirilməsi üçün məbləğ sifarişçi ilə təşkilatçı şirkət arasında fərdi olaraq müəyyən edilir”.

 

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı