Modern.az

Bakıda itkin düşən şəxsin meyiti tapıldı

Bakıda itkin düşən şəxsin meyiti tapıldı

29 Avqust 2016, 13:40

Bakıda itkin düşən şəxsin meyiti tapılıb. Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

 

Məlumata görə polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçiriblər.

 

Nəticədə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

 

E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır