Modern.az

Həmyerlilərin bıçaqlaşma davası ölümlə nəticələndi

Həmyerlilərin bıçaqlaşma davası ölümlə nəticələndi

29 Avqust 2016, 14:19

Cəlilabad rayonunda həmyerlilər arasında yaranan münaqişə ölümlə nəticələnib.

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmtərindən Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, hadisə avqustun 28-də Cəlilabad rayonunun Cəfərxanlı kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş Qüdrət Əhmədov münaqişə zəminində həmkəndlisi Rəfail Paşayevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş R.Paşayev orada ölüb.


Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  Q.Əhmədov tutulub.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı