Modern.az

İtaliyalı mafiozlar qızları 13 yaşından özlərinə arvad seçirlər

İtaliyalı mafiozlar qızları 13 yaşından özlərinə arvad seçirlər

29 Avqust 2016, 15:15

İtaliyanın Kalabriya vilayətində 900-ə yaxın 13 yaşlı qız məktəbə getməyi dayandırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, polisin sözlərinə görə, bu, yerli mafiyanın fəaliyyəti ilə bağlıdır.

 

Qanun keşikçilərinə məlum olub ki, Kalabriya dəstəsini vilayətin sakinlərinə öz qədim ənənələrini zorla qəbul etdirirlər.Mafiya qaydalarına uyğun olaraq istənilən səviyyəli mafiya üzvü 13-15 yaşlı qızlar arasından oz gələcək arvadını seçir. Bundan sonra qızlara məktəbə getmək və yeniyetmə yaşına çatana qədər həmyaşıdları ilə ünsiyyatətə girmək qadağası qoyulur, sonra isə valideynləri qızlarını ərə verirlər.

 

Bu haqda qızlardan biri, 15 yaşlı Marianna mafioz ərindən valideynlərinin yanına qaçandan sonra məlum olub. O, hazırda Milan polisinə müraciət etmək qərarına gəlib.

 

 “Mənim ailəm İtaliyanın cənubundakı çox kiçik şəhərdə yaşayır. Orada hamı bir-birini tanıyır və mafiya hər şeyə nəzarət edir. Mənim atamın kiçik mağazası var. Başqaları kimi o da mafiya ilə əməkdaşlıq etməyə və onlara mal satmağa məcburdur. Hamı belə edir, ona görə ki, əks halda işləməyə imkan verməyəcək və qisas alacaqlar. Belələrini vasitəçi adamlar da hesab etmək olar, halbuki onların başqa çıxış yolu yoxdur. mənim atamın işi ağırdır, ancaq o, yerli mafiyanın müəyyənləşdirdiyi qaydalara tabe olmağa məcburdur”, - Marianna deyib.

 

Qız etiraf edib ki, qaçdığına görə ona divan tutulması təatasıhlükəsi hələ də qalır. Mafiyanın qanunlarına görə, əgər yetkinlik yaşına çatmayan gələcək ərindən qaçırsa, yaxud həmyaşıdları ilə görüşməyə başlayırsa, onu ya böyük qardaşı, əgər varsa, ya da öz atası öldürməlidir.

 

“Mənimlə evlənməyə hazırlaşan kişi məndən 25 yaş böyükdür. Mən onun xoşuna gəlmişəm, o qərara gəlib ki, mən onun arvadı olmalıyam. Mənim 13 yaşım vardı, hələ baş düşmürdüm ki, kiminsə arvadı olmaq, ərə getməui gözləmək nə deməkdir. Heç nə edə bilmədim və nə baş verdiyini də hərtərəfli baş düşmədim. Məndən heç kim heç nə soruşmadı. İstənilən halda, mənim razılığım olub-olmamasına baxmayaraq, o məni alacaqdı. Əgər ailəm əleyhinə çıxsaydı, bu, hamı üçün pis nəticələnə bilərdi”, - qız vurğulayıb.

 

Bu gün Kalabriyada ənənə dəyişib, bosslar çox vaxt gələcək arvadlarına məktəbi bitirməyə icazə verirlər. Ancaq bu ərin qərarından asılıdır

 

“Ndranqetlər”də şəfqət yoxdur. Həmin kişi mənim onun arvadı olacağımı qərara alanda, dedi ki, mən artıq məktəbə getməməliyəm.  İki ildən çox anamın yanında oturdum, o, ev işlərini görməyi öyrədirdi. O səbəbdən mən artıq gələcək yaxşı arvadam. Mən dostlarımla ünsiyyətdən də məhrum edildim. Yalnız bəzi qızlar yanıma gələ bilərdi. Böyük kampaniyalardan, bara, diskotekaya getmək haqda düşünmək belə olmazdı”, - Marianna xatırladır.

Onun sözlərinə görə, mafiyanın qaydalarını pozan qızları şərəf qətli gözləyir.

“Mənimdoğmaatampozğunqadın kimi məni öldürməli idi, çünki mən nəslirüsvay etmişəm. O, bunu etməyə məcbur idi, əks halda onlar çox düşünmədən mənim ailəmi məhv edərdilər”, - qız deyir.

 

Milan polisi artıq aldığı informasiya ilə bağlı araşdırmaya başlayıb.

 

“Ndranqeta” Siciliyanın “Koza nostra” və Neapolun “Kamorra” mafiyaları kimi məşhur deyil, o, dünyada ən qüdrətli cinayətkar təşkilatlardan biri hesab olunur. Qruplaşma həm qeyri-leqal sahədə (narkotik ticarəti, nüvə materialları, kapitalın qeyri-leqal hərəkəti), həm də leqal (tikinti, restoran biznesi, pərakəndə ticarət) sahəsində fəaliyyət göstərir.

 

Belə fikir söylənilir ki, “Ndranqeta” (İtaliyanın digər mafiya klanlarından fərqli olaraq, hakimiyyətlə birbaşa toqquşmadan diqqətlə qurtarır) 2000-ci illərdən beynəlxalq korporasiyalarla müqayisə olunan həqiqi qlobal təşkilat kimi fəaliyyətdədir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir