Modern.az

Amerikada növbəti rəy sorğusu: Klinton Trampı 3% QABAQLAYIR

Amerikada növbəti rəy sorğusu: Klinton Trampı 3% QABAQLAYIR

29 Avqust 2016, 15:35

ABŞ prezidentliyinə namizəd Hillari Klinton Respublikaçı rəqibi Donald Trampı 3% qabaqlayır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Morning Consult şirkəti məlumat verib.

 

Avqustun 24-26-sı tarixlərində keçirilən rəy sorğularına əsasən, potensial seçicilərin 43%-i Klintona, 40%- isə Trampı dəstəkləyəcəklərini deyib. Bununla yanaşı, 17% respondent səsvermədə kimə səs verəcəklərini bilmədiklərini deyib.

 

Sorğu hər iki namizədə qarşı sadə amerikalıların neqativ nümayiş etdirdiyin də üzə çıxarıb. Belə ki, rəyi soruşulanların 58%-i Trampı, 57%- isə Klintonu bəyəndəmiklərini deyib.

 

Son həftələrdə Hillari Klintonun Donlad Tramp qarşısında üstünlüyünün sürətlə azaldığını üzə çıxardıb. Əvvəlki aylarda 12%-ə çatan fərq son günlərdə 5-3%-ə qədər düşüb.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı