Modern.az

İldırım 323 maralı öldürdü - VİDEO

İldırım 323 maralı öldürdü - VİDEO

29 Avqust 2016, 16:55

Norveç hakimiyyəti ölkənin cənubundakı “Xardanqervidda” mili parkında 323 maralın ildırım vurması nəticəsində öldüyünü təsdiqləyib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, yerli təbiəti araşdırma institutunun əməkdaşı Nina Ulava Stranda deyib ki, həmin yerə gedib bu qədər heyvanın öldüyünü görmək son dərəcə inandırıcı deyil.

Onun sözlərinə görə, əvvəllər belə situasiya ilə üzləşməyib.

Norveç meteorologiya institutunun məlumatına görə, marallar ölən gün hava çox pis olub. Ekspertlərin dəyərləndirmələrinə görə, maralların öldüyü ərazini 100 dəfəyə qədər ildırım vurub.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?