Modern.az

Sabah Yasamalda su olmayacaq

Sabah Yasamalda su olmayacaq

Aktual

29 Avqust 2016, 17:59

Avqustun 30-da Bakı şəhərinin Yasamal rayonunda içməli su problemi olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı