Modern.az

Putin BMT-nin sessiyasına getməkdən imtina etdi

Putin BMT-nin sessiyasına getməkdən imtina etdi

29 Avqust 2016, 21:19

Rusiya prezidenti Vladimir Putin sentyabrın 13-də Nyu-Yorkda açılacaq BMT-nin Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

 

“Bəli, prezident BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etməyi planlaşdırmır”, - o, deyib.

 

Putinin göstərişi ilə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu