Modern.az

Türkiyəyə raket mərmisi düşüb: 6 yaralı

Türkiyəyə raket mərmisi düşüb: 6 yaralı

29 Avqust 2016, 21:43

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə 3 raket mərmisi düşüb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, mərmilərdən biri küçəyə, digər ikisi isə boş əraziyə düşüb. Partlayışda ikisi uşaq olmaqla 6 nəfər yaralanıb.

 

İndiyə qədər Suriyada terrorçu qruplaşmaların atdığı raket mərmiləri nəticəsində Kilisdə 21 nəfər həlak olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir