Modern.az

Obama və Ərdoğan Pekində görüşəcək

Obama və Ərdoğan Pekində görüşəcək

29 Avqust 2016, 22:38

Sentyabrın 4-də Pekində, “G-20” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.

 

Onun sözlərinə görə, tərəflər Türkiyədə hərbi çevrilişə cəhddən sonra vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranı və digər məsələləri müzakirə edəcəklər.

 

Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri Çinin paytaxtı Pekində baş tutacaq “Böyük iyirmilik” (G-20) ölkələrinin sammitinə qatılacaqlar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı