Modern.az

İTV-də yeni təyinatlar

İTV-də yeni təyinatlar

Media

29 Avqust 2016, 23:28

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Modern.az saytı xəbər verir ki, Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iki nəfər işdən azad olunub. Belə ki, “Çarçıfilm” yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və “Səhər” proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.

 

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, “Carçıfilm” yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və “Səhər” proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!