Modern.az

Ana azyaşlı övladı ilə birgə özünü maşından atdı

Ana azyaşlı övladı ilə birgə özünü maşından atdı

Aktual

30 Avqust 2016, 00:59

Gəncə şəhərində bədbəxt hadisə baş verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, şəhər sakini Günay Qalib qızı Kərimova avtomobildə həyat yoldaşı ilə mübahisə edib və nəticədə azyaşlı övladı ilə özünü maşından yerə atıb.

Hər iki şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Azyaşlının vəziyyəti orta ağır olduğundan o, Gəncə şəhər 2 saylı Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb. Göstərilən tibbi yardımlardan sonra ananın həyatı üçün yaranan təhlükə aradan qaldırılıb.

Ər və arvad arasında mübahisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faklta bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır