Modern.az

Artur Rasizadə qərarını DƏYİŞDİ

Artur Rasizadə qərarını DƏYİŞDİ

Aktual

30 Avqust 2016, 10:34

Baş nazir Artur Rasizadə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anketə aşağıdakı məzmunda bəndlər əlavə edilib:

 

- Azərbaycan Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün ölkə vətəndaşları və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;

 

- Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub