Modern.az

Türkiyədə daha 35 jurnalist tutuldu

Türkiyədə daha 35 jurnalist tutuldu

Aktual

30 Avqust 2016, 11:11

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə təqsirləndirilən FETO hərəkatı ilə mübarizə çərçivəsində daha 35 KİV əməkdaşı saxlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 35 şübhəli KİV nümayəndəsi tutularaq istintaqa cəlb olunublar.

 

Tutulan KİV nümayəndələri Gülən hərəkatı ilə əlaqədə olmaqda, həmçinin bu hərəkatın fəaliyyətini təbliğ etməkdə şübhəli bilinirlər.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi