Modern.az

Şimali Koreyada iki məmur zenit qurğusu ilə güllələndi

Şimali Koreyada iki məmur zenit qurğusu ilə güllələndi

Aktual

30 Avqust 2016, 11:46

Şimali Koreyada iki yüksək vəzifəli məmur Kim Çen Inın əmri ilə  camaatın qarşısında edam olunub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onlar zenit qurğusu ilə güllələniblər.

Edam olunanlar keçmiş kənd təsərrüfatı naziri Xvan Min və Təhsil Nazirliyinin məmuru Ri En Çjindir. Güllələnmə Pxenyandakı Hərbi Akademiyanın həyətində həyata keçirilib.

Xvan Minin edamına səbəb Kim Çen Inın onun siyasi baxışları ilə razılaşmaması və onu şəxsi düşməni kimi qəbul etməsi olub. Ri En Çjin isə Kim Çen Inın çıxışı zamanı yatdığına görə qəzəbə gəlib. Onu həmin andaca həbs edərək intensiv sorğu-suala tutublar, sonradan korrupsiyadan ittiham edilərək dəhşətli edama məhkum olunub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır