Modern.az

Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçının məhkəməsi davam edir

Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçının məhkəməsi davam edir

Hadisə

30 Avqust 2016, 12:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə qapalı keçirilən prosesdə şahidlər ifadə verib.

 

Növbəti məhkəmə prosesi sentyabrın 6-a təyin olunub.

 

E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır