Modern.az

Əvəzolunmaz İslam Kərimov: Həyatının altı anı - FOTOLAR

Əvəzolunmaz İslam Kərimov: Həyatının altı anı - FOTOLAR

Aktual

30 Avqust 2016, 12:44

Bir neçə gün əvvəl səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilən Özbəkistan prezidenti İslam Kərimovun vəfat etməsi xəbəri yayılsa da, hələ ki rəsmi şəkildə təsdiqlənmir. On illərdir əvəzolunmaz Kərimovun sağlıq durumu ilə bağlı əvvəllər də bir çox məlumatlar, şayiələr yayılıb.


Modern.az saytı İslam Kərimovun həyatı ilə bağlı bəzi məqamları təqdim edir.

 

1. 20 günlük koma, yanvar 2015-ci il

2015-ci ilin fevral ayında KİV-də 77 yaşlı Özbəkistan prezidentinin komaya düşməsi haqda məlumat yayılıb. Müxalifətçi fəallar iddia edirdilər ki, dövlət başçısı şam yeməyi zamanı huşunu itirib. Bir sıra xarici KİV 2015-ci il yanvarın 28-də informasiya yaymışdı ki, Kərimov huşunu itirərək 20 gün koma vəziyyətində olub.

 

2. Geniş miokard infarktı, 2013-cü il

İslam Kərimov 2013-cü il martın 22-də gecə geniş infarktla xəstəxanaya yerləşdirilib. Özbəkistan prezident aparatının adının çəkilməsini istəməyən əməkdaşı qeyd edirdi ki, bu informasiyanı nə təsdiq, nə də təkzib edə bilər. Kərimov son dəfə bu xəbərdən üç gün əvvəl camaat qarşısına çıxaraq ölkə əhalisinə  Novruz bayramı ilə əlaqədar təbrik müraciəti ilə çıxış edib. Bir müddət sonra prezident Moskvaya səfər edərək bu şayiələri təkzib etdi.

 

3. Bir ildə iki dəfə koma vəziyyəti, 2009-cu il

 

2010-cu ildə Özbəkistanın “Erk” müxalifət partiyasının lideri Muhəmməd Salih “Azadlıq” radiosuna müsahibəsində bəyan edib ki, İslam Kərimov  2009-cu ildə iki dəfəkomaya düşüb və onun həyatı bioloji stimulyatorlarla dəstəklənir.

 

4. KİV prezidenti “dəfn edib”, mart 2003-cü il

 

2003-cü ildə “Novoy qazeta”da çap olunan məqaləyə görə Moskvada çayiələr yayılmışdı ki, İslam Kərimov ağır xəstədir və hətta ölüb. Özbəkistanın Moskvadakı səfirliyinin mətbuat xidməti bu informasiyanı təkzib edib. Ancaq “Novoy qazeta” kiçik araşdırma aparıb, nəticədə müəyyənləşib ki, Kərimov bir həftədir camaat arasına çıxmır v onu heç kəs görməyib. Prezident bütün müşavirələrini Daşkənd ətrafəndakı rezidensiyasında keçirir. Bu, güman etməyə əsas verirdi ki, əsl prezident ölüb, onun yerinə dvoyniki fəaliyyət göstərir.

 

5. Liqaçovu aldatdılar, 23 iyun 1989-cu il

Kərimov Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi bu vəzifədə işləyən Rafik Nişanovun yerinə seçilib. Bəzi məlumatlara görə, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Yeqor Liqaçov Özbəkistanda birinci katib yerinə Surxandarin vilayət komitəsinin katibi Salidjan Mamarasulovu gətirməyi təklif edib. Ancaq o, gözlənilmədən bundan imtina edərək qonşu Kaşkadarın vilayət komitəsinin rəhbəri Kərimovun namizədliyini irəli sürüb.

 

6. Vəzifədə Qdlyana qalib gəlib

İslam kərimov Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda faktiki olaraq Telman Qdlyanın rəhbərlik etdiyi SSRİ Baş Prokurorluğunun “pambıq işi” adlanan cinayət üzrə istintaq aparan qrupun işini alt-üst edib. O, bununla da Özbəkistanın vəfat edən və dövləti cinayətkar adlandırılan respublikanın əvvəlki rəhbəri Şaraf Rəşidovu reabilitasiya edir. Kərimov bununla da yerli elita, eləcə də özbək xalqı arasında özünə inamı artırır.

 

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı