Modern.az

Keçmiş portuqaliyalı nazir BMT-nin yeni Baş katibi ola bilər  

Keçmiş portuqaliyalı nazir BMT-nin yeni Baş katibi ola bilər  

Dünya

30 Avqust 2016, 13:13

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi vəzifəsi uğrunda 10 namizəd mübarizə aparır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün BMT-nin baş katibi postu uğrunda səsvermənin 3-cü mərhələsi keçirilib. Səsvermə BMT Təhlükəsizlik Şurasında keçirilib.

 

Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutyerreş  seçkilərin üçüncü turunda qalib gəlib. Onun 11 lehinə, əleyhinə isə 3 səs verilib.

 

Səsvermənin nəticəsinə əsasən, ikinci yeri Slovakiyanın XİN rəhbəri Miroslav Layçak, üçüncü yeri isə Sloveniyanın sabiq prezidenti Danilo Turku tutub.

 

Qeyd edək ki, BMT-nin hazırkı baş katibi Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.

 

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir