Modern.az

Milyonçu 13-cü dəfə evləndi

Milyonçu 13-cü dəfə evləndi

Dünya

30 Avqust 2016, 13:56

Elizabet Teylor və Ja Ja Qabor bir kənarda dayanıb hirsli halda siqaret çəkirlər. Hər iki aktyor cəmi 9 dəfə nikahda olublar. Deməli, onları rusiyalı milyonçu Dmitri Yakubovski ilə yanaşı dura bilməzlər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, tanınmış iş adamı və vəkil 52 illik həyatında 12 dəfə evli olub, lap yaxın zamanda isə 13-cü evliliyi baş tutub.

Mərasim ötən həftənin istirahət günləri hardasa Avropada baş tutub. Toy ciddi keçib – yalnız dostlar və yaxınlar iştirak edib, amma olduqca dəbdəbəli keçib.

Valeriya (Yakubovskinin sevgilisini belə çağırırılar), yeri gəlmişkən, artıq bir dəfə bu xoşbəxtlyi yaşayıb, onlar bir dəfə nikahda olublar. Məlum olmayan səbəbdən ərlə-arvad ayrılıblar, ancaq sonradan Dmitri başa düşüb ki, Valeriyadan yaxşı qadın yer üzündə yoxdur.

Dmitri Yakubovski həmişə qadınlara və toy şənliklərinə sevgisi ilə fərqlənib. Biznesmen ilk dəfə 21 yaşı olanda nikaha girib. Sevgililər bir yerdə işləyiblər, roman birdən başlayıb, ehtiras baş qaldıranda Dmitri və Larisa bir-birinə “ZAQS”a getmək lazım olduğunu deyiblər. Doğrudur, bal ayında cavanlar başa düşüblər ki, yanılıbla. İki ay sonra ayrılıblar, sonradan nikahı da pozublar. Təsdiqlənməmiş məlumata görə, məhz bu ayrılıq səbəbindən Dmitri yeni iş axtarmaq məcburiyyətində qalıb – gələcək milyonçu iş yerinin pilləkənlərində keçmiş arvadı ilə bir daha qarşılaşmaq istəmir.

Dmitri Larisadan sonra qadınları sevib və dəfələrlə peşman olub. Ancaq hər arvadından dostcasına ayrılmaöa cəhd edib, onlara iri məbləğdə pul kompensasiya ödəyib, bahalı avtomobil, yaxta və daşınmaz əmlak saxlayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır