Modern.az

Azərbaycanda ərəb turistlər yol qəzasına düşdülər: 2 ölü, 16 yaralı

Azərbaycanda ərəb turistlər yol qəzasına düşdülər: 2 ölü, 16 yaralı

Aktual

30 Avqust 2016, 14:35

Azərbaycanda ərəb turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə avqustun 29-da axşam saatlarında baş verib.

Qəbələdən Bakıya gələn "Hyundai" markalı mikroavtobusun sürücüsü İsmayıllı rayonu ərazisində idarəetməni itirib və avtobus aşıb. Hadisə nəticəsində avtobusda olan 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, turistlərdən iki nəfər xəstəxanada dünyasını dəyişib.

Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələ rayonundan Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı