Modern.az

İlham Əliyev: "Azərbaycanda qaz hasilatının artacağı gözlənilir"

İlham Əliyev: "Azərbaycanda qaz hasilatının artacağı gözlənilir"

Aktual

30 Avqust 2016, 14:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

Seyid Məhəmməd Hüseyn Adeli bundan əvvəl Prezident İlham Əliyev ilə keçirdiyi görüşü xatırlayaraq Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv olmasını məmnunluqla qeyd edib. Qonaq məlumat verib ki, gələn il Boliviyada Qaz İxrac edən Ölkələrin Forumunun sammiti keçiriləcək və Azərbaycan bu tədbirə dəvətlidir.

Dövlət başçısı İlham Əliyev son illərdə Azərbaycanın energetika sahəsində, o cümlədən qaz yataqlarının işlənilməsində önəmli hadisələrin baş verdiyini vurğulayıb. Bildirib ki, “Şahdəniz-2” layihəsində işlər uğurla gedir və qarşıdakı illərdə Azərbaycanda qaz hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Prezident İlham Əliyev qeyd edib ki, yaxın gələcəkdə “Abşeron” layihəsi üzrə qaz istehsalının başlanması gözlənilir. Beləliklə, Azərbaycan gələcəkdə qaz ixracı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Söhbət zamanı qaz və energetika bazarlarındakı tendensiyalar, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığı və bu imkanlardan istifadə etməklə qaz ixracının səmərəliliyinin artırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır