Modern.az

“Əli daşı” pirindən eksponat oğurlandı

“Əli daşı” pirindən eksponat oğurlandı

Aktual

30 Avqust 2016, 14:54

“Avqustun 26-dan 27-nə keçən gecə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində “Əli daşı” pirindən tarixi eksponat oğurlanıb”.

 

Bu haqda Modern.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib.

 

O qeyd edib ki, oğurlanan tarixi eksponat Həzrət Əlinin adı ilə bağlı ikihissəli daşdan biridir. Eksponat qədim qəbiristanlıqda yerləşir.

 

V.Şıxəmmədovun sözlərinə görə artıq qoruğun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub:

 

“Hadisə yerinə baxış keçirilib və hazırda faktla bağlı istintaq aparılır.

Azərbaycan Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə Yanardağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib.

 

Qoruğun ərazisi 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

 

Gülşən RAUFQIZI

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI