Modern.az

Naxçıvan-Bakı reysində aksiz markası olmayan siqaretlər aşkarlandı

Naxçıvan-Bakı reysində aksiz markası olmayan siqaretlər aşkarlandı

Aktual

30 Avqust 2016, 16:02

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılaraq onun əl yükünə baxış keçirilib.

 

Bu barədə məlumat Modern.az-a Dövlət Gömrük Komitəsindən (DGK) verilib.

 

Malların yoxlanılması zamanı vətəndaşa məxsus dörd ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10.000 ədəd “Kent Nanotek” və 4000 ədəd “Marlboro Edge” markalı siqaretlər aşkar olunub.

 

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər