Modern.az

İslam Kərimovun varisi ev dustağı edildi

İslam Kərimovun varisi ev dustağı edildi

Dünya

30 Avqust 2016, 16:49

Özbəkistan baş nazirinin müavini Rustam Azimov ev dustağı edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu, prezident İslam Kərimovun ölməsi ilə bağlı KİV-də xəbər yayılandan sonra olub.

Dünən “Ferqana.ru” agentliyi insult keçirən dövlət başçısının ölməsi haqda xəbər yayıb. Digər KİV-lər bu məlumatı təsdiqləməyiblər.

Daşkənddən də rəsmi bəyanat yoxdur.

Baş nazirinin müavini Rustam Azimov İslam Kərimovun mümkün varislərindən biri adlandırılıb. Ehtimallara görə, İslam Kərimovun ölməsi ilə bağlı KİV-də xəbərin yayılması Rustam Azimovun adamları tərəfindən təşkil olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?