Modern.az

600-dən çox bal toplayan 291 tələbə İqtisad Universitetini seçdi

600-dən çox bal toplayan 291 tələbə İqtisad Universitetini seçdi

Aktual

30 Avqust 2016, 16:57

Bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanaraq tələbə adına layiq görülənlər barədə nəticələr məlum olub. Belə ki, respublika üzrə qəbul planı 83.3 faiz yerinə yetirildi halda, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) planı yerləri ötən iki illə müqayisədə ən yüksək nəticədə, 96.5 faizlə yerinə yetirilib. Bu göstərici UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində və Türk Dünyası İşlətmə fakültəsində 100% olub.

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ötən illərlə nisbətdə ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyişə nail olunub. İmtahanlarda 600 və daha yüksək bal toplayan 291 nəfər öz seçimini UNEC-ə edib. Bu rəqəm 2013-ci ildə 49, 2014-cü ildə 92, 2015-ci ildə isə 103 nəfər olub. Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan 170 tələbənin hamısı 600 və daha yüksək bal toplayıb. Qeyd edək ki, bu il UNEC-in birinci kursuna qəbul olanlar sırasında 1 nəfər 700 bal, 12 nəfər 680 və daha çox bal, 59 nəfər 650 və daha çox bal toplayan vardır.  

II ixtisas qrupunda respublika üzrə 600 və daha çox bal toplayan 652 nəfərin 288-inin (44%) seçimi məhz, UNEC olub. Onu da əlavə edək ki, ölkə üzrə II qrupda qəbul olan 9765 nəfərin 2679-u (27%) “UNEC tələbəsi” adını qazanıb.

UNEC-ə qəbul olan tələbələrin nəticəsinə əsasən, orta balda da artım müşahidə edilib. 2014 və 2015-ci illərdə göstərici müvafiq olaraq 391 və 396 bal olduğu halda, 2016-cı ildə bu rəqəm 421 bala qədər yüksəlib. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, ötən illə müqayisədə göstərici 96 bal artaraq 635 olub.

Bundan əlavə olaraq, aşağı balla UNEC-ə qəbul olanların sayında da azalmaq müşahidə edilib. İmtahanlarda 300 bala qədər nəticə göstərən tələbələr 2014-cü ildə 22.4%, 2015-ci ildə 20.1% təşkil etdiyi halda, bu ilki rəqəm 18.7%-ə qədər azalıb.

Müsbət məqamlardan biri də odur ki, universitetə qəbul olan tələbələrin 98%-nin ilk seçimi məhz, UNEC olub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır