Modern.az

“Barselona” “Valensiya”nın hücumçusuna 30  milyon avro ödəyəcək

“Barselona” “Valensiya”nın hücumçusuna 30  milyon avro ödəyəcək

Aktual

30 Avqust 2016, 17:56

“Barselona” “Valensiya” klubunun hücumçusu Pako Alkaseri transfer etdiyini rəsmən elan edib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu üçün Kataloniya klubu 30 milyon avro ödəyəcək.

 

Alkaserlə 5 illik müqavilə imzalanıb. “Valensiya”nın rəhbərliyi və məşqçilər heyəti İspaniya millisinin oyunçusunun transferinin əleyhinə olsalar da, ancaq hücumçu klubunu dəyişmək qərarına gəlib.

 

Pako Alkaser ötən mövsüm İspaniya çempionatında 34 oyunda 13 qol vurub və 6 qol ötürməsi edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir