Modern.az

Nazir müavininə tort atdılar

Nazir müavininə tort atdılar

Dünya

30 Avqust 2016, 18:07

Ukraynanın maliyyə nazirinin müavini Sergey Marçenko Böhran əleyhinə media mərkəzində çıxışı zamanı xəsarət alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, tələbələri təmsil edən bir neçə fəal “Pul yoxdur – tələbələri yeyin”, “Pul təhsilə, müharibəyə yox” deyə qışqırıblar.

 

Bu zaman maliyyə nazirinin müavininə tort atıldığı da bildirilir. Gənclər addımlarının səbəbini Ukraynada təlləbə təqaüdünün ləğvinin əleyhinə olmaları izah ediblər.

 

Qalmaqaldan sonra mühafizəçilər fəalları zaldan çıxarıblar. Sergey Marçenko tələbələrə torta görə təşəkkür edərək çıxışını davam etdirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub