Modern.az

Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

Sabah bu rayonlarda qaz olmayacaq - SİYAHI

Aktual

30 Avqust 2016, 18:31

Avqustun 31-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zığ”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Borsunlu”, “Dəliməmmədli” və “Zazalı”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Taxtalar” və “Siyəzən Broyler” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

 

Bu barədə Modern.az-a SOCAR-dan verilən məlumatda bildirilib.

 

Təmir müddətində Samux rayonunun Əliuşağı, Zazalı və Qiyaslı kəndlərinin, eyni zamanda Goranboy rayonunun Dəliməmmədli və Borsunlu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Aparılan işlərin Bakı şəhəri Xətai və Suraxanı, Şabran, Siyəzən, Bərdə və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi