Modern.az

Deputat pula görə məhkəməyə verdiyi şəxsi BAĞIŞLADI

Deputat pula görə məhkəməyə verdiyi şəxsi BAĞIŞLADI

Parlament

30 Avqust 2016, 19:36

Son vaxtlar bir sıra saytlarda və KIV-də deputat Rüfət Quliyevin adı hallanan məhkəmə çəkişməsi tərəflərin barışıq sazişi ilə sona çatıb.  Modern.az saytı xəbər verir ki, bu barədə prosesdə R.Quliyevi təmsil edən vəkil Kamandar Nəsibov məlumat verib.

Məlumata görə, məhkəmə çəkişməsinin başlanmasının səbəbi ondan ibarət idi ki, Toğrul Rüfət oğlu Rüstəmzadə 2011-ci ildə atasının dostu Namiq Rahib oğlu Səfərovla birgə biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə çoxsaylı elektron yazışmaları və telefon danışıqları aparıb, Bakıda və xaricdə görüşüblər. Toğrul Rüstəmzadə özü daim xaricdə yaşayıb işlədiyindən pul vəsaitlərini atası vasitəsi ilə Namiq Səfərova verib.

 

 

Amma aradan uzun müddət keçdiyinə baxmayaraq, Namiq Səfərov biznes fəaliyyətini qura bilməyib, aldığı pulları T.Rüstəmzadəyə geri qaytarmayıb və 2015-ci ilin mart ayında vəfat edib.

 

 

Mərhumun varisi olan həyat yoldaşı Səfərova Nurana Mirzəli qızı ilə ilkin danışıqlar nəticə vermədiyindən məhkəməyə müraciət olunmuşdu. Məhkəmə baxışı ərəfəsində mərhum Namiq Səfərovun həyat yoldaşı Nurana Səfərova mərhum ərinin Toğrul Rüstəmzadə ilə çoxsaylı elektron yazışmaları ilə yaxından tanış olandan sonra ərinin həqiqətən də Toğrul Rüstəmzadəyə böyük məbləğdə pul borcu olduğunu etiraf edib və bu məbləğdən cəmi 80 (səksən) min ABŞ dollarını ödəmək imkanında olduğunu bildirib. Mərhum N.Səfərovun ailəsinin düşdüyü ağır maddi durumu və milli mentaliteti nəzərə alan T. Rüstəmzadə humanistlik göstərərək bu az məbləğlə razılaşıb. Bununla tərəflər arasında barışıq tam şəkildə bərpa olunub və məhkəmə çəkişməsi bitib. Tərəflərin barışıq sazişini nəzərə alan məhkəmə mülki iş üzrə icraata xitam verib.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi