Modern.az

Komediya kimi toy: Gəlin zurnasız evdən çıxmadı - FOTOLAR

Komediya kimi toy: Gəlin zurnasız evdən çıxmadı - FOTOLAR

Dünya

30 Avqust 2016, 21:03

Bursada gəlin evinə təbil və zurna gətirməyi unudan bəyin başına gələnlər, bişmiş toyuğun başına belə gəlmədi. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Təbil, zurna olmadan evdən çıxmaram” deyərək 3 saat ərzində ayağını yerə döyən gəlin və anası evin qarşısında gözləyən oğlan tərəfinə əcəl təri tökdürüb.

Bursanın Nilufər rayonunda 27 yaşlı Məsud Altay ilə 19 yaşlı Əminə Mermut həyatlarını birləşdirmək qərarı alıb. Dünən də ən xoşbəxt günləri öncəsi kürəkən tərəfi, yaxınları ilə birlikdə gəlin aparma mərasimi üçün gəlinin Özlüce məhəlləsindəki evinə gəlib. Ancaq bəy və ailəsi burada heç gözləmədiyi bir reaksiya ilə qarşılaşıb.

 Oğlan tərəfi gəlini almaq üçün evə çıxdığı zaman gəlinin anası 35 yaşlı Bilge Mermut deyib: “Burada 100 dənə mənzil var. Buradan bu günə qədər kimsə baraban, zurnasız çıxmayıb.  Qətiyyən olmaz. Mən çox kiçik yaşda qaçdım. Qızımın çal-çağırla gəlin köçəcəyinə həvəsim vardı. Baraban-zurna ilə gəlməyinizi istəyirəm”.

 

“Barabanı gətir, məni apar”

 

Gəlin Emine Mermut isə “Barabansız bu evdən çıxmaram” deyərək kürəkən tərəfinə müraciət edib. Baş verən vəziyyət qarşısında çaşqına dönən qayınana isə “Bu saatda haradan, necə baraban taparıq? Emine imkansız bu. Barabanı axşam çalarıq” desə də, gəlin qətiyyən razı olmayıb. Bu azmış kimi Emine Mermut bəyə müraciət edərək deyib: “Təbili unutursan, belə gözləyərsən. Davulcu gətir, məni apar. Evin tək qızıyam. Bir az nazlıyam”.

Kürəkən tərəfi bu istək qarşısında davulcu və zurnaçı axtarmağa başlayıb. Aramadıqları yer buraxmayan 27 yaşlı kürəkən Mesut Altay və yaxınları heç cür nəticə əldə edə bilməyiblər. Bu müddətdə kürəkən tərəfi toy saatı yaxınlaşdığı üçün yenidən gəlini almaq üçün müraciət edib.

Ancaq yenə mənfi cavab alan kürəkən Mesut Altayın köməyinə yoldaşları çatıb. Kamberler məhəlləsindəki ifaçılar kafesinə gedən bəyin dostları, təbil və zurnaçı götürərək gəlin evinə gətirib. Küçənin başında çalmağa başlayan baraban və zurnanın səsini eşidən kişi tərəfi 3 saatlıq gözləntidən sonra dərin bir ah çəkib. Baraban və zurnanın gəlməsi ilə evdən çıxmağa razı olan Emine Mermut gəlin maşınına minib toy zalının yolunu tutub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər